"Lotu Quli"nin ölümünə görə daha bir nəfər SAXLANILDI

"Lotu Quli"nin ölümünə görə daha bir nəfər SAXLANILDI Kriminal avtoritet “Lotu Quli”nin qətli ilə bağlı yeni məlumat yayılıb.

Türkiyə KİV-nə istinadən xəbər veririk ki, Nadir Səlifovun qətlinə görə daha bir nəfər saxlanılıb. Bildirilir ki, 25 yaşlı “Xan Əhmədlinski” (Xəqan Zeynalov) ilə birlikdə 26 yaşlı Əmir Əhmədli səhərə yaxın Antalya-Denizli yolunda saxlanılıb.

Məlumata görə, hər iki şübhəli şəxs yüksək təhlükəsizlik tədbirləri ilə zirehli avtomobildə hadisənin baş verdiyi yerdən Antalyaya aparılıb.
Geri qayıt