Bakıda “avtoşluq” edən həkim qızı qəza törətdi - Anası polisi hədələdi

Bakıda “avtoşluq” edən həkim qızı qəza törətdi - Anası polisi hədələdi Bakı küçələrində qaydaları kobud şəkildə pozan Nərgiz Quliyevanın anasının polislə problem yaşadığı yeni görüntüləri yayılıb.

Oxu.az xəbər verir ki, bir neçə gündür "avtoşluq" etdiyi üçün sosial şəbəkələrdə tənqid atəşinə tutulan N.Quliyeva qəza törətdiyi əraziyə anası Səadət Quliyevanı çağırıb.

Məşhur klinikaların birində həkim işlədiyi deyilən S.Quliyeva qızının qayda pozmasını nəzərə almayaraq, polisi təhqir edib.

Qeyd edək ki, N.Quliyeva 99-AN-877 dövlət qeydiyyat nişanlı, BMW markalı avtomobili idarə edir.
Geri qayıt