Bu şəxs özünü "Bakı Abadlıq Xidməti" MMC-nin işçisi kimi göstərdi - İnsanları aldatdı

Bu şəxs özünü "Bakı Abadlıq Xidməti" MMC-nin işçisi kimi göstərdi - İnsanları aldatdı Bakıda özünü "Bakı Abadlıq Xidməti" MMC-nin işçisi kimi təqdim edən şəxs bir neçə nəfərə qarşı dələduzluq edib.

Bu barədə Əsədov Maarif Mehdi oğlu Unikal.org-a müraciət edib. Şikayətçi bildirib ki, həmin şəxs Rahib Qədimov küçəsi, 20 ünvanındakı mənzilini təmir etmək adı ilə ondan müxtəlif məbləğlərdə pul alıb:

""Bakı Abadlıq Xidməti" MMC-yə ərizə yazmışdıq. Bizə bildirmişdilər ki, evinizin təmir olunması üçün növbənizi gözləməlisiniz. Sonra özünü Ramin kimi təqdim edən şəxs həmin MMC-nin işçisi olduğunu bildirdi və müxtəlif vaxtlarda hissə-hissə 200 manatdan çox pulumuzu aldı. Bizə tikinti materialları gətirib, evimizi təmir edəcəyini dedi və bir müddət sonra yoxa çıxdı. Sonradan öyrəndik ki, əslində adı Naib imiş. Məsələylə bağlı "Bakı Abadlıq Xidməti" MMC-yə getdik, dedilər ki, bizim belə işçimiz yoxdur. Amma şahidlər deyir ki, Naib həmin MMC-də suvaqçı işləyir. Biz DİN-nin 102 nömrəli Qaynar Xəttinə zəng edib məlumat verdik. Hazırda Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində araşdırma aparılır. Xahiş edirik aidiyyatı qurumlar bu şəxsi tapıb cəzalandırsınlar.O, bizdən başqa da bir neçə ailəni aldadaraq pul alıb."

"Bakı Abadlıq Xidməti" MMC-nin Balaxanı qəsəbəsi üzrə mühəndisi Faiq Məmmədov Unikal.org-a faktı təsdiqləyib. O, bildirib ki, onlar da həmin şəxslə bağlı polisə müraciət ediblər. Hazırda Naib adlı şəxs polis tərəfindən axtarışa verilib.
Geri qayıt