Mingəçevirdə xanım həkim qəza törətdi-FOTOLAR

Mingəçevirdə xanım həkim qəza törətdi-FOTOLAR Mingəçevirdə iki minik avtomobil toqquşub.

Kanal32.az xəbər verir ki, avqustun 4-ü saat 19:30 radələrində Mingəçevir şəhərinin H.Əliyev prospektində-“Bayraq meydanının qarşısında iki minik avtomobilinin toqquşması nəticəsində yol qəza hadisəsi baş verib. Belə ki, şəhər istiqamətində hərkətdə olan 10-MG-185 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobil dönmə əməliyyatını yerinə yetirən 45-BL-802 dövlət nömrə nişanlı “Chevrolet-Cruze” markalı minik maşını tərəfindən vurulub.

Hər iki avtomobilə ciddi ziyan dəysə də,xoşbəxtlikdən ölüm olmayıb.Yüngül bədən xəsarətləri alan VAZ-2107-nin sürücüsü xəstəxanaya yerləşdirilib. Qeyd edək ki,”Chevrolet-Cruze” markalı minik avtomobilinin sürücüsü xanımıdr və onun həkim olduğu bildirilir.

Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsinin Dövlət Yol Polsi bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Mingəçevirdə xanım həkim qəza törətdi-FOTOLAR



Geri qayıt