"Yaşıl Ada” əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərirmiş

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin kafeni icarə əsasında işlədən Z.Həsənli və orada olan 6 nəfər müştəri saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.
Faktla bağlı Biləsuvar RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.