Polis axtarışda olan 10 nəfəri saxladı

Polis axtarışda olan 10 nəfəri saxladı Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 12 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli beş fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

Geri qayıt