Şirkətin binasında intihar etdi

Şirkətin binasında intihar etdi Gəncə şəhərində intihar hadisəsi baş verib.

Hadisə avqustun 2-də Gəncə şəhərində yerləşən “Gəncə dəyirmanı” MMC-nin inzibati binasında qeydə alınıb. Şirkətin işçisi, dəyirman təmizləyicisi işləyən 1993-cü il təvəllüdlü Quliyev Fazil Məhərrəm oğlu özünü binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.


Onun özünü öldürməsinin səbəbi araşdırılır.
Geri qayıt