Quba-Xaçmaz yolunda qəza: 3 yaralı

Quba-Xaçmaz yolunda qəza: 3 yaralı Bu gün axşam saatlarında Quba-Xaçmaz yolunda qəza olub

Qəza yolun Qubanın Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Vaz 2107" markalı avtomaşın yoldan çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində maşında olan 3 nəfər xəsarət alıb.

Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan bir nəfərin vəziyyəti ağırdır.

Fakt araşdırılır.
Geri qayıt