Bərdədə FACİƏ: Ana 27 yaşlı oğlunu öldürdü

Bərdədə FACİƏ: Ana 27 yaşlı oğlunu öldürdü Bərdədə bədbəxt hadisə baş verib.

27 yaşlı oğlan iynənin şokundan ölüb.

Rayonun Elçin Əsədov küçəsində yaşayan 1993- cü il təvəllüdlü Quliyev Cahangir Vəli oğluna anası həkim məsləhəti olmadan iynə vurub.

Bir neçə dəqiqədən sonra onun halı pisləşib. Xəstə dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatın xilas etmək mümkün olmayıb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi açılıb.
Geri qayıt