"Bandotdel" əməliyyat keçirdi, silahlı şəxs saxlanıldı

"Bandotdel" əməliyyat keçirdi, silahlı şəxs saxlanıldı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sumqayıt şəhərində əməliyyat keçirib.

İdarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər 6 dəfə məhkum olunmuş R.Əliyev həbs edilib.

Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.
Geri qayıt