27 yaşlı oğlana anası evdə iynə vurdu, öldü

27 yaşlı oğlana anası evdə iynə vurdu, öldü Bərdədə 27 yaşlı oğlan anasının vurduğu iynədən sonra vəfat edib.

Hadisə rayonun Elçin Əsədov küçəsində baş verib. Belə ki, soyuqdəyməsi olan Quluyev Cahangir Vəli oğluna anası həkim məsləhəti olmadan iynə vurub.

Nəticədə vəziyyəti daha da ağırlaşan xəstə şok vəziyyətində xəstəxanaya aparılıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, C. Quluyevi xilas etmək mümkün olmayıb.

Məsələ ilə bağlı araşdırma aparılır.
Geri qayıt