Hədələnərək 720 000 ABŞ dollarlıq sənədə imza atdı - Bakıda

Hədələnərək 720 000 ABŞ dollarlıq sənədə imza atdı - Bakıda Bakı sakini hədə-qorxu ilə borc sənədinə imza atdığını idda edir.
1989-cu il təvəllüdlü Abbas Məmmədəliyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, Nərimanov rayonunda Arif adlı şəxs ona hədə-qorxu gələrək notariat kontorunda 720 000 ABŞ dolları borcu olması barədə sənəd imzalamağı tələb edib. Nəticədə A.Məmmədəliyev sənədi imzalayıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
Geri qayıt