Bankın filial müdiri Xəzərdə boğuldu

1980-ci il təvəllüdlü Yusif Məmmədov “Xalq Bank”da filial müdiri olub. Yaxınları onun dənizdə uşağı xilas edərkən boğulduğunu bildirib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Məlumata görə, Yusif Məmmədov Xəzər rayonunda dənizin nəzarətsiz ərazisində boğulub.