Sabiq rəisin oğlu qəzada öldü - Fotolar

Sabiq rəisin oğlu qəzada öldü - Fotolar Ucar-Zərdab yolunda iki avtomobil toqquşub.

Hadisə Ucar rayonunun Qazyan kəndində baş verib.
90 XM 720 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə 03 BB 478 dövlət nömrə nişanlı, “VAZ 21011” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ 21011”də olanlardan biri ölüb, iki nəfər xəsarət alıb.

***
Zərdab rayon sakini, 1984-ci il təvəllüdlü Adışirin Soltan oğlu Sadıqov hadisə yerində ölüb.

Ucar rayonunun Qazyan kənd sakini, 1957-ci il təvəllüdlü Nizami Faxrəd oğlu Manafov və Zərdab rayon sakini, 1966-cı il təvəllüdlü Cavanşir İbiş oğlu Mürşüdov isə xəsarət alıb.

Qeyd edək ki, yol qəzası nəticəsində ölən A. Sadıqov Zərdab Suvarma Sistemləri İdarəsinin keçmiş rəisinin oğludur.
Geri qayıt