Qaxda həyətində narkotik becərən şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qax şəhər sakini, 57 yaşlı Hikmət Dəmirçiyev saxlanılıb. Onun şəhər ərazisindəki yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman tərəvəz bitkiləri əkilən ərazidə aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən 26 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Qax Rayon Polis Şöbəsində H.Dəmirçiyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

