Bərdədə polis bıçaqlandı

Bərdədə polis bıçaqlandı Bərdə rayonunda polis əməkdaşı və bir qadın bıçaqlanıb.

Hadisə bu gün rayonun Qaradəmirçi kəndində baş verib.

Bərdə Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, 1985-ci il təvəllüdlü Məmmədov Eşqin Rəhbər oğlu bıçaqlanıb. Onunla birgə bir qadın da bıçaq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt