Su hovuzunda narkotik becərən Balakən sakini saxlanılıb

Su hovuzunda narkotik becərən Balakən sakini saxlanılıb Balakəndə su hovuzunda narkotik becərən rayon sakini saxlanılıb...
Balakən Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Keçirilmiş əməliyyat–axtarış tədbiri nəticəsində rayon sakini, 28 yaşlı Röyal Yetərov saxlanılıb. Onun Mahamalar kəndində kirayədə yaşadığı evə baxış keçirilən zaman su hovuzunun içərisində xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi 33 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı RPŞ-də araşdırma aparılır.
Su hovuzunda narkotik becərən Balakən sakini saxlanılıb
Geri qayıt