Xaçmaz sakini üç ildir itkin düşüb

Xaçmaz sakini üç ildir itkin düşüb Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz rayonunun Mürşüdoba kənd sakini, 45 yaşlı Zaur Həmidov 2017-ci ildə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Zaur Həmidovun əlamətləri belədir: Boyu 172 sm, orta bədən quruluşlu, uzun sifətli, gözlərinin rəngi qaradır.

Zaur Həmidov ruhi əsəb xəstəliyindən əziyyət çəkir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 şəhər və 051-843-02-02 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Geri qayıt