“Baku Medical Plaza”da 24 yaşlı qız plastik əməliyyat zamanı öldü

“Baku Medical Plaza”da 24 yaşlı qız plastik əməliyyat zamanı öldü Bakıda 24 yaşlı qız plastik əməliyyat zamanı ölüb.

Hadisə mayın 11-i “Baku Medical Plaza”da baş verib. 1996-cı il təvəllüdlü Turanə Musazadə klinikaya müraciət edərək xarici görünüşündən narazı olduğunu bildirib.
O, müayinə edilərək əməliyyata alınıb. T.Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı vəfat edib.
Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Məlumata görə, T.Musazadə bundan öncə də 2 dəfə plastik əməliyyat keçirib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
“Baku Medical Plaza”da 24 yaşlı qız plastik əməliyyat zamanı öldü
Geri qayıt