Üç uşaq atası intihar etdi

Üç uşaq atası intihar etdi Bakıda intihar hadisəsi qeydə alınıb.

xalqxeber.az xəbər verir ki, Xətai rayon prokurorluğundan verilən məlumata görə, hadisə Zığ yolu, ev 40, mənzil 83-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 3 uşaq atası, 1977-ci il təvəllüdlü Emil Qismət Oğlu Hacıyev özünü 6-cı mərtəbədən ataraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Geri qayıt