Ağdaşda əvvəlki məhkumun evindən müxtəlif növ narkotik vasitələr aşkar edilib

Ağdaşda əvvəlki məhkumun evindən müxtəlif növ narkotik vasitələr aşkar edilib Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Ağdaş şəhər sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş, 40 yaşlı İlqar Məmmədov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman sellofan və kağız bükümlərdə satış məqsədi ilə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana, tiryək, heroin, psixotrop maddə metamfetamin və şprislər aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində İ.Məmmədov barəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Ağdaşda əvvəlki məhkumun evindən müxtəlif növ narkotik vasitələr aşkar edilib


Geri qayıt