Sürücünü vurub təhqir edən şəxş tutuldu

Sürücünü vurub təhqir edən şəxş tutuldu Qaraçuxur qəsəbəsində avtomobilin qarşısını kəsərək sürücünü vurub təhqir edən şəxs barəsində açıqlama verilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov bildirib ki, 99-RZ-878 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə qaydaları pozaraq sürücünün qarşısını kəsib onu vuran Suraxanı rayon sakini 32-ci bölmənin əməkdaşları tərəfindən saxlanılıb. Şikayət edən sürücü də 32-ci polis bölməsinə dəvət edilərək hər iki tərəfin izahatları alınıb. Şikayətçinin vurulması iddiası ilə bağlı qərar qəbul olunaraq məhkəmə-tibb ekspertizası da təyin edilib.

Bu məsələ ilə bağlı yekun qərar məhkəmə tərəfindən veriləcək- deyərək Vaqif Əsədov bildirib.
Geri qayıt