Velosipedlə yürüşə çıxıb karantin rejimi qaydalarını pozdular

Velosipedlə yürüşə çıxıb karantin rejimi qaydalarını pozdular DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparılan zaman bir qrup gəncin şəhərdən Ləki kəndi istiqamətində velosipedlə yürüşə çıxdıqları müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin 17 nəfər saxlanılıb və yoxlanılan zaman heç bir icazələrinin olmadığı məlum olub. Onlar Polis Şöbəsinə dəvət edilib və barələrində qanunauyğun müvafiq tədbirlər görülüb.

Geri qayıt