Azərbaycanda lüks avtomobil “saxla” əmri verən polisi vurdu

Azərbaycanda lüks avtomobil “saxla” əmri verən polisi vurdu Bu gün saat 12 radələrində Bakı-Qazax avtomagistralının Hacıqabul rayonundan keçən hissəsində xüsusi karantin rejimi ilə əlaqədar polis tərəfindən qurulmuş postda insident baş verib.

Publika.az-a istinadən xəbər veririk ki, Qazax istiqamətində hərəkət edən "Mercedes S Class 500” markalı lüks avtomobil polisin "saxla” əmrinə tabe olmayıb.

10-00-018 dövlət nömrə nişanlı lüks avtomobil sürətlə hərəkət edərək, onu saxlamağa çalışan polisi vurub.

Polis serjantı dərhal həmkarlarının köməyi ilə xəstəxanaya aparılıb.

Əraziyə post-patrul xidməti əməkdaşları cəlb edilib və hadisəni törədən sürücü saxlanılıb.
Geri qayıt