"Bandotdel" Bakıda əməliyyat keçirdi: saxta əskinas satmaq istəyən şəxslər saxlanıldı

"Bandotdel" Bakıda əməliyyat keçirdi: saxta əskinas satmaq istəyən şəxslər saxlanıldı Bakıda saxta əskinas satmaq istəyən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri N.Qədirov, E.Abdullazadə, N.Hüseynov, C.Dövlətov və M.Usubova aprelin 9-da Nərimanov rayonu ərazisində 24 ədəd 100 manatlıq saxta əskinası (2 400 manat) şərti alıcıya satarkən saxlanılıblar.
Geri qayıt