Hoteldə neft şirkətinin əməkdaşının meyiti tapıldı

Hoteldə neft şirkətinin əməkdaşının meyiti tapıldı Bakıda yerləşən “JW Marriott Absheron” hotelində 1957-ci il təvəllüdlü Böyük Britaniya vətəndaşı Tyumer Con Levinsonun meyiti tapılıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Əcnəbi vətəndaşın üzərində zorakılıq əlamətləri olmayan cəsədi aprelin 13-ü, saat 00:25-də hotel otaqlarından birində aşkarlanıb. İlkin məlumatlara görə, o, ürək çatışmazlığından ölüb.
Bildirilir ki, T.C.Levinson 2018-ci ilin fevral ayından bəri Bakıda yaşayır və “Turan Drilling and Engineering Company LLC” neft şirkətində layihə rəhbəri olub.
Geri qayıt