Naxçıvanda 71 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər vəfat edib

Naxçıvanda 71 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər vəfat edib Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb...
Məlumatda bildirilir ki, ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq 1915 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 229-u ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

“Bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılmışdır. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdır. 1 nəfər sağalaraq evə buraxılmış, 1 nəfər isə vəfat etmişdir. Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”, - deyə məlumatda bildirilir.
Geri qayıt