"Baklift-2”-nin rəisi həbs edildi - Mənimsəmə faktına görə...

"Baklift-2”-nin rəisi həbs edildi - Mənimsəmə faktına görə... “Baklift-2” idarəsinin rəisi dövlət əmlakını külli miqadarda mənimsəmə maddəsi ilə həbs edilib.

"Bizimxeber"in məlumatına görə, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israfetmə) maddəsi ilə təqsirləndirilən Aslanov Üzeyir Şüeyib oğlunun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Telman Hüseynovun icraatına verilib.

Cinayət işində zərərçəkmiş qismində “LİFTTƏMİR” İstehsalat Birliyi tanınıb. Qeyd edək ki, “LİFTTƏMİR” İstehsalat Birliyi Üzeyir Aslanovdan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edib.
Geri qayıt