Bakıda bir gündə 25 nəfər saxlanılıb

Bakıda bir gündə 25 nəfər saxlanılıb Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-da 26 cinayətin üstü açılıb.

Onlardan 7-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Qəsdən sağlamlığa ağır zərər vurmaya görə 1, soyğunçuluq üzrə 1, quldurluq üzrə 1, narkotiklərlə əlaqəli 6, baş verən oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 7 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 25 nəfər saxlanılıb.

İtkin düşən kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Geri qayıt