Daş karxanasında sürücü qətlə yetirildi

Daş karxanasında sürücü qətlə yetirildi Bakıda qətl hadisəsi baş verib.

Hadisə Qaradağ rayonunun Korgöz qəsəbəsində yerləşən daş karxanasında qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər Ağdaş rayon sakini, 1968-ci il təvəllüdlü Əziz Qurbanovu qətlə yetirib. Onun meyiti idarə etdiyi “KamAZ” markalı yük maşınının yanında tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt