Bakıda qadına qarşı DAHA BİR ŞİDDƏT - ər arvadını döyərək ağır xəsarət yetirdi

Bakıda qadına qarşı DAHA BİR ŞİDDƏT - ər arvadını döyərək ağır xəsarət yetirdi Bakıda döyülmə hadisəsi baş verib.

Hadisə Xəzər rayonunda qeydə alınıb.

Buzovna qəsəbəsi, “Albalılıq” adlanan ərazidə ailə münaqişəsi zəminində 1982-ci il təvəllüdlü Allahverdiyeva Sahibə Vaqif qızı həyat yoldaşı, 1982-ci il təvəllüdlü Mirzəyev Şərif Hüseynxan oğlu tərəfindən döyülüb. S.Allahverdiyeva hadisə zamanı baş və üz nahiyələrindən xəsarətlər alıb. Yaralı təcili yardımın koməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Geri qayıt