Cəlilabadda iki gəlin evdən qaçıb

Cəlilabadda iki gəlin evdən qaçıb Cəlilabad rayonunun Təzəkənd kəndində bir ailənin iki gəlini yoxa çıxıb.

Bu barədə onların ailə üzvləri polisə müraciət ediblər. Gəlinlərin qayınatası və ərlərinin izahatı alınıb. Hazırda onların axtarışı davam etdirilir.

Məlumata görə, hadisə ailənin başına artıq ikinci dəfədir gəlir. Belə ki, bir müddət öncə də xanımlar ailəyə xəbər vermədən birlikdə Bakıya gəliblər. Bir neçə gün sonra ərləri tərəfindən tapılaraq evlərinə aparılıb.
Geri qayıt