Azərbaycanda dəhşətli qəza: avtobus aşdı, 10 nəfər yaralandı

Azərbaycanda dəhşətli qəza: avtobus aşdı, 10 nəfər yaralandı Quba rayonu ərazisində sərnişin avtobusu aşıb.

Bu barədə Quba rayon Mərkəzi xəstəxanasından məlumat verilib.

Məlumata görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 10 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 7 nəfərinə ilkin tibbi yardım göstərilərək ambulator müayinəyə buraxılsa da, 3 nəfərin vəziyyəti orta-ağır olduğundan onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, hadisə Bakı-Quba yolunun 173-cü km-də, Quba-Atuc istiqamətində baş verib.

Quba rayon sakini Ramin Məmmədovun idarə etdiyi "Mercedes” markalı mikroavtobus yoldan çıxaraq aşıb.
Geri qayıt