Bakıda ərəb turistin meyiti tapıldı

Bakıda ərəb turistin meyiti tapıldı Bakıda 37 yaşlı ərəb vəfat edib.

Hadisə martın 2-də Yasamal rayonunda baş verib. Fevralın 28-də Azərbaycana turist kimi gələn Səudiyyə Ərəbistanı vətəndaşı, 1983-cü il təvəllüdlü Al Hassen Nasser Bader N müvəqqəti yaşadığı mənzildə vəfat edib.
Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, onun üzərində xəsarət izi aşkar edilməyib. Ölümün səbəbinin müəyyən edilməsi üçün məhkəmə tibb ekspertizası təyin edilib. Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
Geri qayıt