DİN polisin qətli ilə bağlı məlumat yaydı

DİN polisin qətli ilə bağlı məlumat yaydı Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşının qətli ilə bağlı məlumat yayıb.

DİN-dən verilən məlumata görə, fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Anarın ailə-məişət münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edib.
Əməliyyat tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən qardaşı - Araz Ramazanov saxlanılıb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Anar Ramazanov Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşı olub.
Geri qayıt