"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim SAXLANILDI

"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim SAXLANILDI "Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan şəxs müəyyənləşib.

Haqqın.az-a istinadla xəbər veririk ki, xüsusi əməliyyat vasitəsi ilə kişi saxlanılıb.

Məlum olub ki, saxlanılan şəxs həkimdir. Dindirilmə zamanı o zarafat etdiyini deyib. Ona məsuliyyəti xatırladılaraq xəbərdarlıq edilib və sərbəst buraxılıb.
Geri qayıt