Şirvanda yeni doğulan körpə ölüb

Şirvanda yeni doğulan körpə ölüb Şirvanda uşaq ölümü baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Şirvan Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayon sakini, 1996-cı il təvəllüdlü Tağıyeva Tamara Teymur qızı 7 aylıq hamiləliyində doğum şöbəsində daxil olub və oğlan uşağı dünyaya gətirib. Körpə doğuşdan sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt