Saxtakarlığın Kamaləddin Qafarov üzü - FOTO

Saxtakarlığın Kamaləddin Qafarov üzü - FOTO 9 Fevral 2020-ci il Milli Məclisə keçirilən seçkilərdə 9 saylı Binəqədi 2-ci seçki dairəsindən Kamaləddin Qafarov deputat elan edildi.

K.Qafarovun millət vəkili olduğu əvvəlki dövrdə milyonlarla sərvətlər qazanması barədə sosial şəbəkədə və internet mediada onlarla material paylaşılsa da bu günə qədər nə hüquq-mühafizə orqanları, nə də MSK buna münasibət bildirməyib. Xatırladaq ki, K.Qafarov parlamentin buraxılmasına səs vermiş deputatlardan biridir və onun yenidən deputat olmağa mənəvi haqqı yoxdur.

Bəs necə olur ki, bu qədər əhali tərəfindən istənməyən, qəbul edilməyən bir şəxs deputat "secilir”?

Sadə vətəndaşlar baş verən hadisələrə münasibətlərini, açıq-aşkar narazılıqlarını müəyyən informasiya vasitələri ilə ifadə etsələr də nəticə ürəkacan olmadı. Əldə edilən bəzi materiallar, şəkillər, videolar göstərir ki, ortaya çıxan nəticələrdən heç də hər kəs məmnun deyil.

Biz bunu aşağıdakı – Kamalədin Qafarovun qardaşı qızı Cəmilə Qafarova tərəfindən paylaşılan şəkilə olan reaksiyada açıq-aydın şəkildə görə bilərik. Mesajda Kamallədin Qafarovun müəllimlərə, məktəb direktorlara məntəqələrdə saxta seçki kampaniyası aparması üçün 50-100 manat arası rüşvət verdiyi deyilir. Bundan əlavə vəzifəyə gəlmək üçün saxtakarlığın ən iyrənc formalarından istifadə edildiyi, eləcə də həmin müəllimlərin, direktorların səsləri artırmaq üçün müəyyən yerlərindən bülleten çıxardığı qeyd edilir. Mesajlardan belə aydın olur ki, Cəmilə QafarovaTibb Universitenin tələbəsidir və təhsilini Almaniyada davam etdirməyə hazırlaşır. Hər gün üz-üzə gəldiyi adamlar belə ona əmisi və onun kimilərinin ölkənin səhiyyəsini bərbag duruma qoyması ilə bağlı narazılığını bidirir. Bu yarıtmaz səhiyyə kamaləddinqafarovların milyonlar qazandığı "layihəsidir”. Bu gün qardaşınız balasına yönələn qınaqlar sabah özünüzə və övladlarınıza ciddi ittihamlara çevriləcək.

Həmin mesajın şəkillərini təqdim edirik:
Saxtakarlığın Kamaləddin Qafarov üzü - FOTO




Geri qayıt