Xızıda 40 baş keçini soyğunçuluq yolu ilə aparan şəxs saxlanıldı

Xızıda 40 baş keçini soyğunçuluq yolu ilə aparan şəxs saxlanıldı DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Yaşma kəndi ərazisindən Sumqayıt şəhər sakini Rüfət Sadıqova məxsus “Niva” markalı avtomobili qaçırmaqda və Yaşma qəsəbəsi ərazisində Qobustan rayon sakini İlqar Məmmədovun otardığı 40 baş keçini soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən qəsəbə sakini Emin Sadıqov saxlanılıb.
Saxlanılan şəxs ifadəsində törətdiyi əməllərini etiraf edib.
Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda araşdırmalar aparılır.


Geri qayıt