Ağdaşda oğurluq edən qardaşlar saxlanılıb

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Şıxlı kənd sakinləri, iki qardaş Coşqun və Seymur Məmmədovlar saxlanılıb. Davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə saxlanılan şəxslərin digər cinayət əməllərinin də üstü açılıb.
Belə ki, S.Məmmədovun rayon ərazisində yerləşən mağazaların birindən 150 manat pulu, C.Məmmədovun isə başqa bir şəxslə əlbir olub 2 avtomobildən maqnitofonlar oğurladıqları məlum olub.
Faktla bağlı Ağdaş RPŞ-nin İstintaq qrupunda saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.