Bir ailədən 6 nəfər zəhərləndi - Dəm qazından

Bir ailədən 6 nəfər zəhərləndi - Dəm qazından Mingəçevirdə bir ailə dəm qazından zəhərlənib.

xalqxeber.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, aprelin 8-də Mingəçevir şəhəri ərazisində şəhər sakini Fərid Əliyevin evində özü, arvadı Çinarə, oğlanları Yusif və Yunis, habelə qonaqları Günay Məmmədova və Mahir Süleymanov dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.
Geri qayıt