Bakıda direktorun otağından pul oğurlandı

Bakıda direktorun otağından pul oğurlandı Bakıda çörək zavodunun direktorunun otağından pul oğurlanıb.

Hadisə paytaxtın Yasamal rayonunda yerləşən "Muğan" ASC-yə məxsus çörək zavodunda qeydə alınıb.

Belə ki, ASC-nin direktoru Kamil Mirişovun xidməti kabinetindən 4000 manat pul oğurlanıb.

Daha sonra bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edilib.

Faktla bağlı hadisəni törədən şəxs və ya şəxslərin axtarışları aparılır.
Geri qayıt