Xaçmaz sakinində marixuana aşkarlandı

Xaçmaz sakinində marixuana aşkarlandı Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini Cavanşir Qurbanov yaşadığı evin yaxınlığında saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman sellofan torbada ümumi çəkisi 500 qrama yaxın olan qurudulmuş marixuana aşkar olunub.

Dindirilmə zamanı C.Qurbanov narkotik maddənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün qanunsuz olaraq saxladığını bildirib. Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Geri qayıt