XAÇMAZ POLİSİ NARKOTİK MADDƏLƏRİN DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN ŞƏXSİ İFŞA ETDİ

XAÇMAZ POLİSİ NARKOTİK MADDƏLƏRİN DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN ŞƏXSİ İFŞA ETDİ Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini 44 Çingiz Məmmədov saxlanılaraq polis şöbəsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman qurudulmuş marixuana aşkar olunub.
Dindirilmə zamanı Ç.Məmmədov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduğu etiraf edib.
Qeyd olunan faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Geri qayıt