Bakıda ölümə səbəb olan içkini satan mağaza sahibi saxlanıldı

Bakıda ölümə səbəb olan içkini satan mağaza sahibi saxlanıldı Bakıda zəhərlənərək ölən şəxsin spirtli içkini haradan aldığı məlum olub.

Araşdırma zamanı dünyasını dəyişmiş Yusif Hüseynovun spirtli içkini 8-ci kilometr bazarında topdan satış mağazasından aldığı müəyyən edilib.

Daha sonra spirtli içkini satan mağazanın sahibi Səlim Seyidov saxlanılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Y.Hüseynov zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb. Onun spirtli içkidən zəhərlənərək öldüyü məlum olub.
Geri qayıt