Fərasət Davudovanı avtomobil vuraraq öldürdü

Fərasət Davudovanı avtomobil vuraraq öldürdü Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-ə istinadən xəbər veririk ki, yanvarın 3-də saat 22 radələrində Zaqatala şəhəri ərazisində Yuxarı Tala kənd sakini M.Surxayev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən şəhər sakini Fərasət Davudovanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Geri qayıt