Azərbaycanda Yeni il şənliyi zamanı zalın döşəməsi çökdü - FOTO

Azərbaycanda Yeni il şənliyi zamanı zalın döşəməsi çökdü - FOTO Kürdəmir rayonunda azyaşlı uşaqlar üçün təşkil olunmuş Yeni il şənliyi zamanı zalın döşəməsi çöküb.

Hadisə rayonun Xırdapay kənd folklor evində qeydə alınıb.
Şənlik zaman qəfildən zalın döşəməsi çöküb. Hadisə zamanı xəsarət alan olmasa da, azyaşlılar dərhal zaldan çıxarılıblar.

Qeyd edək ki, Xırdapay kənd folklor evi 2013-cü ildə təmir olunub. İlkin məlumata görə, həmin zaman işlərin qeyri-peşəkarlara həvalə olması zalın döşəməsinin çökməsinə səbəb olub.Report
Geri qayıt