Bakıda 69 yaşlı qadın klinikada öldü, prokurorluq araşdırmalara başladı

Bakıda 69 yaşlı qadın klinikada öldü, prokurorluq araşdırmalara başladı Bakıda qadın klinikada dünyasını dəyişib.

Hadisə paytaxtın Xətai rayonu ərazisindəki "Baku Medical Plaza"da baş verib.

1950-ci il təvəllüdlü Zeynalova Sevil Səfər qızı ağciyər xəstəliyinin kəskinləşməsi ilə dekabrın 13-də "Baku Medical Plaza"ya yerləşdirilib və müalicəyə başlayıb.

Dekabrın 23-də qadın klinikada dünyasını dəyişib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.
Geri qayıt