"Təbrik" restoranında qonağın çantası oğurlandı: kameralar işləmədiyi üçün oğrunu tapmaq mümkün olmayıb

"Təbrik" restoranında qonağın çantası oğurlandı: kameralar işləmədiyi üçün oğrunu tapmaq mümkün olmayıb İki gün əvvəl "Təbrik" restoranında keçirilən toyda iştirak edən qonağın əl çantası oturduğu stuldan oğurlanıb.


Bu barədə ictimai fəal Elyar İslamoğlu məlumat verib. Onun sözlərinə görə, çantada xeyli miqdarda pul, sənədlər, maşın, ev, ofis açarları olub: "Qonaq rəqs edib yerinə qayıdanda əl çantasının oğurlandığını görərək restoran rəhbərliyinə məlumat verib. Amma restorandakı təhlükəsizlik kameraları çalışmadığı üçün çantanı kimin götürdüyünü tapmaq mümkün olmayıb.
Bu hadisə restoranlardakı təhlükəsizlik kameralarının işləkliyinin vacibliyini bir daha gündəmə gətirir. Əgər toydakı iştirakçılar arasında dava düşsə, hansısa ağır cinayət törədilsə, onda təhlükəsizlik kameralarının işləməməsi ucbatından hadisənin araşdırılması daha da çətin olacaq".

Məsələ ilə bağlı restoran rəhbərliyinin mövqeyini öyrənmək istəsək də, nömrələrinə etdiyimiz zənglərə cavab verilmədi.
Geri qayıt