Bakıda keçmiş məhkumdan odlu silah götürülüb

Bakıda keçmiş məhkumdan odlu silah götürülüb Bakı sakinində oldu silah aşkarlanıb...
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Əsədzadədən nömrəsi silinmiş, lüləsi kəsilmiş “TOZ-B” markalı tüfəng və 5 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.
Geri qayıt